Azərbaycan I Liqasında VI tura bu gün start veriləcək.
Newsport.az xəbər verir ki, turun ilk günündə iki oyun keçiriləcək.
Lider “Şahdağ Qusar” “Səbail”lə, “Xankəndi” isə “Mingəçevir”lə qarşılaşacaq.
Günün hər iki oyunu saat 15:00-da başlayacaq.
21 oktyabr
15:00. “Şahdağ Qusar” – “Səbail”
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Asif Abdullayev, İslam Məmmədov
Stadion: Binə qəsəbə stadionu
15:00. “Xankəndi” – “Mingəçevir”
Hakimlər: Murad Səlimov, Məmmədəli Kərimov, Safalı Ağayev, Namiq Bəkirov
Stadion: Şamaxı OİK stadionu