Ramos Karvaxalla komanda yoldaşı ola bilər

​"Monterrey" klubundan ayrılan Serxio Ramos karyerasını yenidən İspaniyada davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Xetafe" təcrübəli futbolçunun xidmətində maraqlıdır. Bu barədə "FourFourTwo" portalı məlumat yayıb.

La Liqa təmsilçisi azad agent statusunda olan 40 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmaq məqsədilə artıq danışıqlara başlayıb.

İspaniya millisinin sabiq üzvü olan Serxio Ramos daha əvvəl "Sevilya", "Real" və PSJ-nin də formasını geyinib. O, bu ilin yanvarında "Monterrey"dən ayrılıb.

Qeyd edək ki, "Xetafe" bir neçə gün əvvəl Dani Karvaxalı rənglərinə bağlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right