PSJ azarkeşləri "Barselona" futbolçularını yatmağa qoymadılar

PSJ azarkeşləri bu gün Parisdə keçiriləcək UEFA Çempionlar Liqasının ümumi mərhələsinin III turunun matçından əvvəl "Barselona" futbolçularının dincəlməsinə mane olublar.

Newsport.az xəbər verir ki, Fransa komandasının azarkeşləri oyundan əvvəlki gecə kataloniyalıların oyunçularının qaldığı otelin qarşısında fişənglər yandırıblar.

Ətrafda səs-küy yaradaraq rəqib komandanın futbolçularının istirahət etməsinə əngəl törədiblər.

Ümumi mərhələnin iki turundan sonra Paris komandası 6 xal toplayaraq birinci yerdə qərarlaşıb. "Brselona" da 6 xal qazansalar da, ikinci pillədə yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right