"Bütün komandanın işidir" "Sabah"la matçda dubl edən "Borussiya"nın forvardı

"Borussiya"nın (Dortmund) hücumçusu Seru Girassi Çempionlar Liqasının üçüncü turunda Bakıda "Sabah" üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edib.

Newsport.az UEFA-ya istinadən xəbər verir ki, Bakıdakı görüşdə dubl edən forvard öz performansını da dəyərləndirib:

"Oyuna çox yaxşı başladıq və çox keyfiyyətli oyun sərgilədik. Sonra bir az yavaşladıq. Daha ardıcıl olmalıyıq. Mövsümün əvvəlindən özümü əla hiss edirəm. Bu görüşdə iki qol vurdum, amma dediyim kimi, buna təkbaşına nail olmaq mümkün deyil. Bu, bütün komandanın işidir. Yaxşı işimizi davam etdirməliyik. Bəzən çətin ola bilər, amma biz yüksək keyfiyyətli komandayıq və qalib gəlmək üçün belə oynamalıyıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right