Kvaratsxeliya yeni müqavilə imzalayır: İlk “üçlük”də olacaq

Fransanın "Paris Sen-Jermen" (PSJ) klubunun rəhbərliyi gürcü vinger Xviça Kvaratsxeliya ilə əməkdaşlığı davam etdirmək və ona yeni müqavilə təklif etmək istəyir. Matc.az xəbər verir ki, 25 yaşlı futbolçunun Paris təmsilçisi ilə imzalayacağı yeni sözləşmə 2032-ci ilin yayına qədər qüvvədə olacaq.

PSJ rəhbərliyi müqavilənin uzadılması ilə bağlı danışıqlara tibbi heyətin futbolçunun Çempionlar Liqasında "Barselona"ya qarşı keçirilən son matçda (4:2) aldığı zədəni təsdiqləməsindən dərhal sonra başlayıb. Klub bu addımla Kvaratsxeliyaya olan tam etimadını nümayiş etdirməyi və ona bərpa dövründə psixoloji dəstək göstərməyi hədəfləyir.

İlkin məlumatlara əsasən, yeni müqavilə gürcü hücumçunun maliyyə şərtlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Belə ki, o, klubun maaş cədvəlində ilk “üçlüy”ə daxil olaraq komandanın ən çox qazanan oyunçularından birinə çevriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right