Rusiya velosipedçisi Sergey Kuçerov Ukraynada davam edən müharibədə həlak olub. Bu barədə “RİA Novosti” agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Daha əvvəl Rusiya Velosiped İdmanı Federasiyası 46 yaşlı idmançının vəfat etdiyini açıqlamışdı.
Kuçerov 2001-ci ildən Rusiya yığmasının heyətində trek velosiped idmanı üzrə çıxış edib və sprint yarışlarında ixtisaslaşıb. O, 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında iştirak edib.