"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"

“Liverpul”un sabiq yarımmüdafiəçisi Stiven Cerrard “Bavariya”nın hücumçusu Harri Keyni İngiltərə futbolu tarixinin ən yaxşı oyunçularından biri hesab edir.

Newsport.az xəbər verir ki, o, bu barədə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Bavariya” ilə “Arsenal” arasında keçirilən oyundan (2:2) sonra danışıb.

Cerrard Münhen təmsilçisinin heyətində fərqlənən və məhsuldar ötürmə verən Keynin çıxışını yüksək qiymətləndirib.

“Gəlin, sadəcə onun möhtəşəm oyunundan zövq alaq. Bilirsiniz, o, bəlkə də İngiltərə tarixinin ən yaxşı futbolçusudur. Ona verə biləcəyim ən böyük tərif budur. Çünki İngiltərənin böyük futbolçularından danışanda Harri Keyn də onların sırasındadır”, – deyə Cerrard bildirib.

Qeyd edək ki, “Arsenal”la matçda Keyn komanda yoldaşı Alfonso Deyvisin qoluna məhsuldar ötürmə verib, daha sonra penaltini dəqiq yerinə yetirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right