“Komo”ya məğlubiyyətdən danışdı: Problem hər şeydədir

"Mançester Yunayted"in yarımmüdafiəçisi Yuri Tilemans UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turunda səfərdə "Komo"ya 1:4 hesabı ilə uduzduqları oyun barədə fikirlərini bölüşüb. Newsport.az xəbər verir ki, UEFA-nın rəsmi saytına müsahibə verən belçikalı futbolçu məğlubiyyətin səbəblərini açıqlayıb:

"Oyunun böyük hissəsində rəqib bizdən üstün idi. Çox ağır bir axşam oldu. Problem hər şeydədir. Taktiki cəhətdən nə qədər yaxşı hazırlaşsanız da, əgər fədakarlıq və əzmkarlıq çatışmırsa, heç nə alınmayacaq. Hər bir aspektdə yaxşı çıxış etməlisiniz, bu gün isə biz zəif göründük. Məsələnin kökü elə bundadır".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right