“Qəbələ” Filipe Santosu geri qaytarmaq istəyir

Braziliyalı futbolçu Felipe Santos karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

Newsport.az "Sport24.az"a istinadən xəbər verir ki, "Qəbələ" keçmiş hücumçusunu yenidən komandaya cəlb etməyi nəzərdən keçirir.

Qırmızı-qaralar" 29 yaşlı oyunçunun transferi üçün qış fasiləsində və ya gələn yay hərəkətə keçə bilər.

Qeyd edək ki, Benin milli komandasının üzvü olan Santos hazırda Taylandın "Bangkok United" klubunda oynayır. O, karyerası ərzində Azərbaycanda "Qəbələ" ilə yanaşı, "Şamaxı" və "Araz-Naxçıvan"ın da formasını geyinib. Hücumçu, həmçinin Sloveniyanın "Maribor" və İsrailin "Hapoel Haifa" klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right