Ötənlərin məşhur futbolçusu: Yamalla eyni komandada oynasaydım...

“Barselona”nın sabiq yarımmüdafiəçisi, Portuqaliya millisinin heyətində iki dəfə Avropa çempionatının mükafatçısı olmuş və 2000-ci ildə “Qızıl top” mükafatını qazanmış Luiş Fiqu Lamin Yamalın futbol bacarığı barədə fikirlərini bölüşüb.

Portuqaliyalı əfsanə hesab edir ki, Yamal ilə eyni vaxtda “Barselona”da çıxış etsəydi, mövqeyini dəyişərək sol cinahda oynamalı olardı.

Newsport.az xəbər verir ki, Fiqu belə deyib: “Əgər biz eyni komandada oynasaydıq, mövqeyimi dəyişərək sol cinaha keçməli olardım. Yeri gəlmişkən, mənim də inanılmaz istedadım var idi”.

Qeyd edək ki, 19 yaşlı Lamin Yamal 2026-cı ildə “Qızıl top” mükafatına əsas namizədlərdən biri hesab olunur. Mükafatlandırma mərasiminin oktyabrın 26-da Londonda keçirilməsi planlaşdırılır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right