“Real” futbolçusu Arda Gülerlə yeni müqavilə imzalayıb.
Newsport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Yeni sözləşmənin müddəti 2032-ci ilin yayına qədərdir.
Klubun bununla bağlı yaxın zamanda rəsmi açıqlama verəcəyi gözlənilir.
Qeyd edək ki, 21 yaşlı Arda 2023-cü ildən “Real”da çıxış eidr. Türkiyə millisinin üzvü bu mövsüm La Liqada 9 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.