"Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"

Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa və bir araya gətirməyə hazırlaşır. Newsport.az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino şəxsi instaqram hesabında yazıb.
 
Ali futbol qurumunun rəhbəri 2027-ci ildə keçiriləcək U-20 dünya çempionatı ilə bağlı müraciət edib:
 
"Mən böyük məmnuniyyətlə bildirirəm ki, 2027-ci il FIFA U-20 dünya çempionatı sentyabrın 17-dən oktyabrın 9-dək keçiriləcək! Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa və bir araya gətirməyə hazırlaşır. Hər kəsə uğurlar arzulayıram, orada görüşənədək".
 
Xatırladaq ki, dünya çempionatı 24 komandanın iştirakı ilə keçiriləcək.
 
Mundialın rəsmi brendi oktyabrın 16-da təqdim olunub. Gənc futbolçulara və onları dəstəkləyən azarkeşlərə ünvanlanan "Bu oyun sənlikdir" rəsmi şüarı yeni nəsil futbol ulduzlarını tarix yazmağa dəvət edir.
 
Turnirin rəsmi brendi Bakının simvolik məkanlarından olan Qız Qalasında, eyni zamanda Bakı Olimpiya Stadionunda xüsusi proyeksiya ilə nümayiş etdirilib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right