İstanbul klubu Belçika millisinin üzvü üçün təklif göndərdi

"Reyncers"in yarımmüdafiəçisi Nikolas Raskin karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Beşiktaş" belçikalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Ağ-qaralar" Şotlandiya klubuna 17 milyon avro, 24 yaşlı dayaq yarımmüdafiəçisinin özünə isə illik 5 milyon avro təklif ediblər. Keçidin qışda reallaşmaq ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, "Reyncers" Nikolas Raskini 2023-cü ilin yanvarında ölkəsinin "Standard" klubundan 1,5 milyon avroya transfer edib. Belçika millisinin üzvü cari mövsümdə Qlazqo təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right