Millimizin üzvü üçün 90 dəqiqə

Futbol üzrə Türkiyə I Liqasında XII turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mert Çelikin formasını geyindiyi "Sivasspor" səfərdə "Ümraniyespor"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Mert də bu matçın iştirakçısı olub. Görüşə start heyətində başlayan 26 yaşlı mərkəz müdafiəçisi sona qədər meydanda qalıb. O, 88-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

12 turdan sonra 13 xal toplayan "Sivasspor" turnir cədvəlinin XIV pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right