Futbol üzrə Azərbaycan U-15 millisi Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib.
Newsport.az xəbər verir ki, yığmamız ilk oyununda Şərqi Timor millisi ilə qarşılaşıb. Azərbaycan komandası rəqibini 6:0 hesabı ilə məğlub edib. Qollarş Müşfiq Zamanov (2), Həsən Məhmədov (2), Yusif Əlizadə və Asif Allahverdizadə vurublar.
Milli komandamız növbəti oyunlarını oktyabrın 25-də keçirəcək. Rəqiblər Andorra (saat 12:45) və Avstraliya (saat 19:30) milliləri olacaq.
Qeyd edək ki, bu gün start götürən dünya çempionatı oktyabrın 30-dək davam edəcək.