"Paltardəyişmə otağında futbolçularıma təşəkkür etdim" - Kurban Berdıyev

Misli Premyer Liqasının IX turu çərçivəsində "Turan Tovuz" səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib.

Newsport.az xəbər verir ki, "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Paltardəyişmə otağında futbolçularıma təşəkkür etdim. Cəhdlərinə görə bunu etdim. Rəqib azlıqda qalana qədər də üstün tərəf idik. Çoxlu epizodlar əldə etdik, amma reallaşdıra bilmədik. Üzücü məqam odur ki, qələbə qazana bilmədik".

- Heç-heçəni pozitiv əldə edirsiz?

- Xal itirdik.

- Buraxılan qolda qapıçını günahlandırırsız?

- Buraxdığımız qolda bütün komandanın səhvi var idi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right