PSJ zədə səbəbindən mövsümü erkən başa vuran Xviça Kvaratsxeliyaya əvəzləyici axtarır.
Newsport.az xəbər verir ki, Liqa 1 nəhənginin əsas hədəfi "Atletiko"da çıxış edən Xulian Alvaresdir. Bu barədə "Talksport" məlumat yayıb.
PSJ yanvarda argentinalı hücumçunu transfer etməyə çalışacaq. "Barselona" və "Arsenal" da 26 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Qeyd edək ki, "Atletiko" Xulian Alvaresi 2024-cü ilin yayında "Mançester Siti"dən 75 milyon avroya transfer edib. Argentina millisinin üzvü cari mövsümdə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.