Kurtua “Real”ın qələbəsinin “sirr”ini açdı

“Real” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda evdə “Leyptsiq”i 4:1 hesabı ilə məğlub edib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisinin qapıçısı Tibo Kurtua komandasının ikinci hissədə daha yaxşı çıxış etdiyini bildirib:

“Fasilədə baş məşqçi (Joze Mourinyo) nəyi düzəltməli olduğumuzu izah etdi. Komanda şəklində kifayət qədər yaxşı müdafiə olunmurduq. Baş məşqçi düzəlişlər etdi, biz də reaksiya verdik. İkinci hissə daha bütöv alındı”.

Madrid təmsilçisi bu qələbə sayəsində xallarını 9-a çatdıraraq, ÇL-də turnir cədvəlinin liderlər qrupunda qərarlaşıb. “Real” bu turnirdə növbəti oyununu noyabrın 4-də, səfərdə Yunanıstanın AEK klubuna qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right