Azərbaycan cüdoçularından Düşənbədə 3 medal

Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə gənclər arasında qran-pri turnirinə start verilib.

Newsport.az xəbər verir ki, Dünya Cüdo Turuna daxil olan yarışın ilk günündə Azərbaycan təmsilçiləri 3 medal qazanıblar.

-57 kq çəki dərəcəsində mübarizə aparan Vüsalə Hacıyeva gümüş mükafata sahib çıxıb. Eyni çəkidə yarışan Xədicə Qədəşova və -63 kq-da çıxış edən Hanna Zaytseva isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.

Turnirin ikinci günündə Azərbaycanın daha 5 cüdoçusu tatamiyə çıxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right