“Liverpul”un baş məşqçisi Andoni İraola komandanın yarımmüdafiəçisi Rayan Qravenberxin heyətdəki rolundan danışıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Niderland millisinin üzvünün bir neçə mövqedə oynamaq bacarığını xüsusi vurğulayıb:
“Rayan mənim üçün çox dəyərlidir. Futbolçuların universal olması böyük üstünlükdür. Çətin oyun qrafikimizdə onların köməyinə həmişə ehtiyacımız olacaq. Hazırda o, sağ cinah müdafiəçisi mövqeyində oynayır. Üç ay sonra isə başqa mövqedə çıxış edə bilər. Rayan kimi üç-dörd fərqli mövqedə oynaya bilən futbolçular mənə çox kömək edir”.
Qravenberx 2023-cü ildən “Liverpul”da çıxış edir. 24 yaşlı yarımmüdafiəçi mersisaydlıların heyətində bütün turnirlərdə 147 oyun keçirib, 10 qol vurub və 13 məhsuldar ötürmə verib.