"Barselona"nın futbolçusu: "El-Klasiko"da oynamaq uşaqlıq arzum olub"

"Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes İspaniya La Liqasının 10-cu turunda “Real”a(Madrid) qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, ispaniyalı futbolçu “El-Klasiko” öncəsi komandasının qələbə şansını dəyərləndirib. Lopes bildirib ki, “Barselona” öz oyun üslubuna sadiq qalarsa, qələbə qazana bilər: “Öz oyunumuzu nümayiş etdirsək, qələbə qazanmaq şansımız olacaq. Bu, həmişə oynamağı sevdiyim matçdır. Uşaqlıqdan “El-Klasiko”da oynamağı arzulamışam. Həqiqətən "El-Klasiko"da oynamaq uşaqlıq arzum olub. Emosiyalarımızı idarə etməliyik. Belə oyunlar gərginlik və ehtirasla dolu olur”.

Qeyd edək ki, “Barselona” – “Real” qarşılaşması oktyabrın 25-də Barselonadakı “Spotify Kamp Nou” stadionunda keçiriləcək.

Hazırda Kataloniya təmsilçisi 27 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir. “Real” isə 21 xalla üçüncü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right