“Yuventus” qış transfer dönəmində heyətini gücləndirməyə hazırlaşır.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi yanvarda sol cinah müdafiəçisi və hücumçu transfer etmək niyyətindədir. “Yuventus”un konkret hədəfləri barədə isə hələlik məlumat verilmir.
“Yuventus” hazırda A Seriyasının turnir cədvəlində 7 turdan sonra 11 xalla 9-cu pillədə qərarlaşıb. Komanda oktyabrın 25-də səfərdə “Leççe” ilə qarşılaşacaq. Oyunun start fiti saat 22:00-da səslənəcək.