“Yamal çoxlu “qızıl top” qazanacaq”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente “qızıl top” səsverməsinin nəticələri ilə bağlı fikirlərini bölüşüb.

“Barselona”nın 19 yaşlı vingeri Lamin Yamal mükafatın əsas favoritlərindən biri hesab olunsa da, yekunda üçüncü pillədə qərarlaşıb. O, yalnız qalib Harri Keyn (“Bayern”) və Kilian Mbappeni (“Real”) qabaqlaya bilməyib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, De la Fuente gənc futbolçunun gələcəkdə bu mükafatı dəfələrlə qazana biləcəyini bildirib:

“Yamal çoxlu “qızıl top” qazanacaq. O, sakit ola bilər. Hamımız onun kim və hansı potensiala sahib olduğunu bilirik”.

Yamal yayda İspaniya millisinin heyətində dünya çempionu olub. O, daha əvvəl “Barselona”nın La Liqa çempionluğuna çatmasına da kömək edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right