Keyn 25 illik həsrətə son qoydu

"Bavariya"nın hücumçusu Harri Keyn karyerasında ilk dəfə "Qızıl top"un sahibi olub.

Newsport.az xəbər verir ki, 2026-cı ilin yekunlarına əsasən səsvermədə qələbə qazanan 33 yaşlı ingilis bu mükafatı qazanan ölkəsinin beşinci nümayəndəsi kimi tarixə düşüb.

​"Qızıl top"u alan ilk ingilis 1956-cı ildə Stenli Metyuz olub. 10 il sonra Bobbi Çarlton bu mükafata layiq görülüb, 1970-ci illərin sonunda isə Kevin Kiqan ardıcıl iki dəfə - 1978 və 1979-cu illərdə qalib gəlib.

​Keyndən əvvəl bu mükafatı qazanan sonuncu ingiltərəli futbolçu Maykl Ouen olub. O, bunu 2001-ci ildə əldə edib. Buna görə də "Bavariya"nın hücumçusunun uğuru İngiltərə nümayəndələri üçün 25 illik fasiləyə son qoyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right