“Kayrat”ın baş məşqçisi istefa verdi

Qazaxıstan “Kayrat”ının baş məşqçisi Rafael Urazbaxtin vəzifəsindən ayrılıb.

Newsport.az xəbər verir ki, bu barədə Almatı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis komandanın çempionluq titulunu qorumaq şansını itirməsindən sonra öz istəyi ilə istefa ərizəsi yazıb. Klub rəhbərliyi onun müraciətini qəbul edib.

Baş məşqçi vəzifəsinin müvəqqəti icrası əvvəllər “Kayrat-Jastar” gənclər komandasına rəhbərlik etmiş Jora Arutyunyana həvalə olunub.

Qeyd edək ki, oktyabrın 25-də “Aktobe” ilə heç-heçə edən “Kayrat” Qazaxıstan Premyer Liqasının turnir cədvəlində 64 xalla ikinci pillədə qərarlaşıb. “Ordabası” isə 68 xal toplayaraq mövsümün başa çatmasına 1 tur qalmış çempionluğu təmin edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right