İspaniya La Liqasında 10-cu turun mərkəzi qarşılaşmasında Joze Mourinyonun rəhbərlik etdiyi “Real” “Barselona” üzərində qələbə (2:1) qazanıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, portuqaliyalı mütəxəssisin baş məşqçi kimi “el klasiko”da 6-cı qələbəsi olub. Mourinyo bundan əvvəl də Madrid klubuna rəhbərlik etdiyi 2010-cu illərin əvvəllərində “Barselona” üzərində 5 dəfə qalib gəlmişdi.
Beləliklə, 63 yaşlı məşqçi bu göstəricidə Zinəddin Zidana çatıb. Söhbət yalnız baş məşqçi kimi əldə olunan qələbələrdən gedir.
“El klasiko”da məşqçi kimi 6 qələbəsi olan digər mütəxəssislər Fransisko Bru və Luis Molounidir.
Bu göstəricidə rekord isə Migel Munyosun adına məxsusdur. O, “el klasiko”da baş məşqçi kimi 16 qələbə qazanıb. İkinci pillədə 9 qələbə ilə Karlo Ançelotti qərarlaşıb.