Kateqoriya: Futzal | Tarix: 26.10.2026 12:00
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci qrupunda keçiriləcək “Araz-Naxçıvan” – “Uypest” (Macarıstan) oyununun təyinatları açıqlanıb.
Newsport.az xəbər verir ki, matçın hakimləri Viktor Çeyx (Fransa), Sergey Saçmans (Latviya) və İqor Yaçevic (Latviya) olacaq. Dominik Lorke (Polşa) “timekeeper”, Sven Eyxler (Almaniya) hakim-inspektor, Marina Kirilyuk (Ukrayna) UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qarşılaşma oktyabrın 27-də, Polşanın Qlivitse şəhərindəki “Prezero Arena”da, saat 16:00-da start götürəcək.