Azərbaycan millisi Türkiyənin Trabzon şəhərində keçirilən boks üzrə U-15 Avropa çempionatını 10 medalla başa vurub.
Newsport.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, yığmanın heyətində Teymur Tanrıverdiyev (90 kq) Avropa çempionu tituluna yiyələnib.
O, finalda Riçard Ovidiuya (Rumıniya) 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək qızıl medala sahib olub.
Sənan Nəsibli (52 kq), Yusif Əli (57 kq), Sərxan Haxverdiyev (70 kq) gümüş, Nuray Qafarova (50 kq), Ələkbər Məmmədli (44 kq), Gülay Ocaqova (57 kq), Sadiq Xəlilov (54 kq), Sunay Əzimov (60 kq) və Rafael Abbasov (66 kq) isə bürünc mükafat qazanıblar.