“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının 10-cu turunda “Real”a 1:2 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
Newsport.az AS-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis komandasının imkanlar qazandığını, lakin futbolçular arasında anlaşmanın çatışmadığını bildirib:
“Şanslarımız var idi, amma meydanda kifayət qədər anlaşma yox idi. İkinci hissədə rəqibə problemlər yaratmağa başladıq. Ancaq məhz həmin məqamda diqqətimizi ciddi şəkildə itirdik və bu, bizə baha başa gəldi.
Asan deyil, amma baş verənləri qəbul etməliyik. “Barselona” inkişaf etməyə davam etməlidir. Bir qədər dincəlməyə və bu oyunu unutmağa çalışmalıyıq. Mövsümün əvvəlki matçlarında nümayiş etdirdiyimiz fiziki və mənəvi təravəti geri qaytarmalıyıq”.
Qeyd edək ki, “Real”la oyundan sonra 27 xalı olan “Barselona” La Liqanın turnir cədvəlinə liderlik edir. Madrid təmsilçis isə 24 xalla 3-cü pillədə qərarlaşır.