Rəqibi qıcıqlandırmaq istəyən Neymar özü qırmızı vərəqə aldı

Neymar Braziliya çempionatının XXXII turunun matçını vaxtından əvvəl başa vurub.

​Newsport.az xəbər verir ki, "Santos"un kapitanı "Baiya" ilə görüş zamanı qırmızı vərəqə alaraq meydançadan qovulub.

​İnsident braziliyalı vingerlə rəqib komandanın oyunçusu arasındakı sözlü mübahisədən sonra baş verib. Epizodların birində Neymar əli ilə ağzını örtüb, "Baiya"nın oyunçusu isə hakimin diqqətini hücumçunun bu davranışına yönəldib. Belə hərəkətlər yeni qaydalara əsasən ciddi pozuntu kimi qiymətləndirilə bilər.

Hakim ​VAR vasitəsilə epizodun təkrarına baxdıqdan sonra Neymara birbaşa qırmızı vərəqə göstərmək qərarına gəlib.

Qeyd edək ki, matç 1:1 hesabı ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right