Azərbaycan boksçuları U-15 Avropa çempionatını 10 medalla başa vurublar

Azərbaycan millisi Türkiyənin Trabzon şəhərində keçirilən boks üzrə U-15 Avropa çempionatını 10 medalla başa vurub.

Bu barədə Newsport.az-a Azərbaycan Boks Federasiyasından bildirilib:

Yığmanın heyətində Teymur Tanrıverdiyev (90 kq) Avropa çempionu tituluna yiyələnib. O, finalda Riçard Ovidiuya (Rumıniya) 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək qızıl medala sahib olub.

Sənan Nəsibli (52 kq), Yusif Əli (57 kq), Sərxan Haxverdiyev (70 kq) gümüş, Nuray Qafarova (50 kq), Ələkbər Məmmədli (44 kq), Gülay Ocaqova (57 kq), Sadiq Xəlilov (54 kq), Sunay Əzimov (60 kq) və Rafael Abbasov (66 kq) isə bürünc mükafat qazanıblar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right