Tarixdə 30-cu: 40 qolla

Davit Volkov “Zirə”nin heyətində Premyer Liqada 40-cı qolunu vurub.

Newsport.az PFL-ə istinadən xəbər verir ki, o, Misli Premyer Liqasının IX turunun “Sumqayıt”la ev matçında (3:2) fərqlənib. Gürcüstanlı hücumçu 121-ci oyununda “40”a çatıb. Onun orta məhsuldarlığı 0,33-ə bərabərdir.

Volkov ölkə çempionatları tarixində yüksək liqada eyni klubda 40 və daha çox qol vuran 30-cu futbolçu olub. O, Fernando Peres (“Bakı”) və Mehman Allahverdiyevlə (“Kəpəz”) eyni göstəriciyə malikdir. Rekord isə “Qarabağ”da 109 dəfə fərqlənən Müşfiq Hüseynova məxsusdur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right