PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya bu gün Londonda keçiriləcək “Qızıl top” mükafatının təqdimetmə mərasiminə qatılmayacaq.
Newsport.az xəbər verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb.
25 yaşlı gürcüstanlı futbolçu Çempionlar Liqasının “Barselona” ilə oyununda (4:2) sağ dizinin ön çarpaz bağını qırıb. Kvaratsxeliyanın həftənin əvvəlində Dohada əməliyyat olunması planlaşdırılır. Bu səbəbdən o, mərasimdə iştirak edə bilməyəcək.
PSJ-nin digər futbolçusu Usman Dembele isə Londona gedəcək. “Qızıl top”un hazırkı sahibi tədbirə təxminən 15 yaxın adamın müşayiəti ilə qatılmağı planlaşdırır.
Paris klubunun kapitanı Markinyos da mərasimdə olmayacaq. “Barselona” ilə görüşdə bud nahiyəsindən zədə alan müdafiəçinin bu axşam PSJ ilə “Lion” arasında keçiriləcək Fransa çempionatı matçını izləyəcəyi gözlənilir.