Orxan Məmmədov: “Güclü milli üçün güclü çempionat şərtdir”

Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov yerli çempionatın əhəmiyyətindən danışıb.

Newsport.az xəbər verir ki, federasiya rəhbəri Azərbaycan çempionatının 2026/2027 mövsümünün püşkatma mərasimində çıxış edərək yarışın səkkizinci dəfə təşkil olunduğunu bildirib.

O, yerli çempionatın minifutbolun inkişafı və milli komandaya istedadlı oyunçuların cəlb olunması baxımından mühüm rol oynadığını vurğulayıb:

“Minifutbolun inkişafı üçün yerli çempionatın olması vacibdir. Yeni mövsümdə də əsas məqsədimiz bu idman növünü daha da inkişaf etdirmək və turnirin səviyyəsini artırmaqdır. Milli komanda üçün istedadlı oyunçuların üzə çıxmasını da istəyirik. Bu il Avropa çempionatının qalibi olmuşuq. Güclü çempionat olmasa, milli yüksək səviyyədə çıxış edə bilməz. Daha çox komandanın Azərbaycan çempionatında rəqabət aparmasını istəyirik”.

O.Məmmədov yeni mövsümdə 12 komandanın mübarizə aparacağını diqqətə çatdıraraq sabitliyin vacibliyini qeyd edib:

“Stabillik bizim üçün çox vacibdir. Bəzən komandalar mövsümün ortasında problemlərlə üzləşirlər. Bu da futbolçulara mənfi təsir göstərir. Komandalara bu işə peşəkar səviyyədə yanaşmağı tövsiyə edirik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right