Bakıda keçirilən FIFA U-15 dünya çempionatında 65-98-cı yerlər uğrunda turun 1/16 final mərhələsinin cütləri bəlli olub.
Newsport.az xəbər verir ki, Azərbaycan yığma komandası bu mərhələdə Çili ilə üz-üzə gələcək.
Bu görüş sabah baş tutacaq və oyuna 11:30-da start veriləcək.
Cütün qalibi növbəti raundda Belarus – Cəbəllütariq duelinin güclüsü ilə qarşılaşacaq.
Azərbaycan yığması AF qrupunu 3-cü sırada başa vurub.