“Qızıl top”: Mbappe uzun müddət mübarizəyə liderlik edib

“Real”ın hücumçusu Kilian Mbappe “qızıl top” uğrunda mübarizədə qalib gəlməyə çox yaxın olub. Ancaq fransalı futbolçu yekunda “Bayern”in forvardı Harri Keynə uduzub.

Mükafatın qalibi dünən keçirilən təqdimetmə mərasimində açıqlanıb. Məlum olub ki, Keyn səsvermənin böyük hissəsində ikinci pillədə qərarlaşıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “France Football” jurnalının baş redaktoru Vensan Qarsiya səsvermənin gedişi barədə danışıb:

“Bir ay ərzində səsverməni real vaxt rejimində izlədim. Mbappe uzun müddət mübarizəyə liderlik edirdi. Ancaq Keyn yenidən mübarizəyə qoşuldu və sonda minimal fərqlə qalib gəldi”.

Qarsiya özü kimə səs verdiyini açıqlamayıb. O, həmçinin, səsini Harri Keynə vermədiyini də etiraf edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right