“Barselona”nın müdafiəçisi Xavi Espart aldığı zədə səbəbindən təxminən 7 həftə yaşıl meydanlardan kənarda qalacaq. Newsport.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.
19 yaşlı futbolçunun “Real"la La Liqanın X turu çərçivəsində keçirilən və 1:2 hesabı ilə başa çatan matçda sağ topuğunun sindesmoz nahiyəsindən zədələndiyi müəyyənləşib. Espart qarşılaşmanın 30-cu dəqiqəsində əvəzlənib.
Bu itki “Barselona”nın müdafiə xəttindəki problemləri daha da artırıb. Kataloniya təmsilçisi Andreas Kristensen, Jül Kunde və Erik Qarsiyanın xidmətindən də zədə səbəbindən yararlana bilmir.
Qeyd edək ki, Espart cari mövsümdə “Barselona”nın heyətində 9 oyunda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.