Bu gün Azərbaycan millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatında növbəti görüşünü keçirəcək.
Newsport.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv 65-96-cı yerlər uğrunda mübarizənin 1/16 final mərhələsində Çili ilə üz-üzə gələcək.
Qarşılaşmaya 11:30-da start veriləcək.
Bu cütün qalibi növbəti raundda Belarus – Cəbəllütariq qarşılaşmasının sevinən tərəfi ilə qarşılaşacaq.
Məğlub tərəf isə həmin cütün uduzanı ilə qarşılaşacaq.
Qeyd edək ki, yığma komandamız AF qrupunu 3-cü sırada başa vurmuşdu.