“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı

“Fənərbaxça” İsmail Kartalın istefasından sonra komandanın müvəqqəti baş məşqçisini müəyyənləşdirib.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi yeni baş məşqçi təyin olunana qədər niderlandlı Dirk Kuytu bu vəzifəyə gətirib.

Klubun bununla bağlı yaydığı açıqlamada bildirilib: “İsmail Kartalın istefasından sonra yeni baş məşqçimiz müəyyənləşənə qədər Dirk Kuyt əsas komandamızın müvəqqəti baş məşqçisi vəzifəsini icra edəcək”.

Qeyd edək ki, “Fənərbaxça” hazırda komandanın yeni baş məşqçisi ilə bağlı axtarışlarını davam etdirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right