Artetadan məğlubiyyət şərhi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Liqa Kubokunun 1/8 finalında 4-cü liqa təmsilçisi “Flitvud Siti”yə uduzaraq turnirlə vidalaşmalarını şərh edib.

Newsport.az xəbər verir ki, görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb, penaltilər seriyasında isə "Flitvud Siti" üstün olub - 5:3.

Oyundan sonra “Sky Sports”a danışan ispaniyalı mütəxəssis komandasının çoxsaylı qol imkanlarından yararlana bilməməsindən təəssüfləndiyini bildirib.

“Əvvəlcə “Flitvud Siti”ni növbəti mərhələyə yüksəlməsi münasibətilə təbrik edirəm. Onlar bunu bacardılar. Bizim üçün çox kədərli gündür. Futbolçuların oyuna köklənməsindən narazılığım yoxdur. Komandada bu səviyyədə tələb olunanları yerinə yetirməyən heç kimi görmədim.

Topa sahib olduq, çoxlu qol imkanları yaratdıq və dəfələrlə zərbə endirdik. Penaltilər seriyasından qaçmaq istəyirsənsə, belə fürsətləri dəyərləndirməlisən. Biz bunu bacarmadıq. Halbuki futbolun mahiyyəti də məhz budur”.

Matç boyu rəqibə demək olar ki, heç nə etməyə imkan vermədik. Özümüzün isə çoxlu fürsətlərimiz oldu, lakin onlardan yararlana bilmədik. Sonda hər şeyi xırda detallar həll edir. Futbol belədir. Xüsusilə İngiltərədə kubok turnirlərini maraqlı edən də budur".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right