"Barselona" "Atletiko"nun razılığını almadan klubun hücumçusu Xulian Alvareslə danışıqlar apardığına görə 602 avro məbləğində cərimələnib.
Newsport.az xəbər verir ki, Kataloniya təmsilçisi İspaniya Kral Futbol Federasiyasının çıxardığı qərarla razılaşmır və yaxın gələcəkdə apellyasiya şikayəti verməyi planlaşdırır. Bu barədə "El Chiringuito TV" məlumat yayıb.
"Barselona" yay transfer pəncərəsi dövründə Alvaresi heyətinə qatmağa çalışıb. Argentinalı futbolçunun özü də Kataloniya klubuna keçməkdə maraqlı olsa da, "Atletiko" rəhbərliyi transferin baş tutmasına mane olub.
Qeyd edək ki, 26 yaşlı forvard cari mövsümdə Madrid klubunun heyətində bütün turnirlərdə 9 matça çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.