“Real”ın Makallister israrı

“Real” Aleksis Makallisterdən vaz keçmir. İki ildir argentinalını transfer etməyə çalışan İspaniya nəhəngi yenidən onun üçün hərəkətə keçib.

Newsport.az xəbər verir ki, madridlilər dayaq yarımmüdafiəçisinin keçidi üçün növbəti dəfə “Liverpul”un qapısını döyəcək. İngiltərə klubu razılıq verəcəyi təqdirdə transfer bu qış tamamlanacaq.

Argentina yığmasının üzvü 2023-cü ildən “Liverpul”dadır. 27 yaşlı oyunçunun dəyəri həmin vaxtdan 42 milyon avrodan 70 milyona yüksəlib.

Makallisterin “Liverpul”la müqaviləsinin müddəti növbəti mövsümün sonunda başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right