Azərbaycanın çimərlik futbolu komandası “Marafon” İK “World Winners Cup Alanya 2026” turnirindəki növbəti oyununda da məğlub olub.
Newsport.az xəbər verir ki, ölkə təmsilçisi F qrupundakı üçüncü matçında Bolqarıstanın “Spartak” klubuna uduzub.
Görüşün əsas vaxtı 4:4 hesabı ilə bitib. Penaltilər seriyasında isə rəqib daha dəqiq oynayıb – 3:1.
“Marafon” İK ilk turda Çinin TMS klubuna 2:4, ikinci oyunda isə Ukraynanın “Sunrise” (Kiyev) komandasına 6:8 hesabı ilə uduzub.