Süleyman İsmayılzadə və Məryəm Cavadova Dakar-2026-da Azərbaycanın bayraqdarları olacaq

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək Azərbaycanın komandasının bayraqdarları müəyyənləşib.

Bu barədə Newsport.az-a Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib.

Oktyabrın 31-də Dakardakı Abdulaye Vade stadionunda keçiriləcək açılış mərasimində Azərbaycan bayrağını üzgüçülər Süleyman İsmayılzadə və Məryəm Cavadova daşıyacaq.

Qeyd edək ki, Süleyman İsmayılzadə III MDB Oyunlarının qalibi, VI İslam Həmrəyliyi Oyunlarının isə bürünc mükafatçısıdır. Məryəm Cavadova isə VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right