Şmeyxel Ten Haqı tənqid etdi

“Mançester Yunayted”in sabiq qapıçısı Peter Şmeyxel Erik ten Haqın klub rəhbərliyi ilə bağlı açıqlamalarını tənqid edib.

O, niderlandlı mütəxəsssin yüksək keyfiyyətli məşqçi olmasına şübhə etdiyini bildirib:

“Məni həqiqətən qıcıqlandıran odur ki, ten Haq Deklan Rays və Harri Keynə ehtiyacı olduğunu deyib. Sanki özünü tanrı hesab edir. Bu, sadəcə, gülüncdür. O, Lisandro Martinesi, de Liqti komandaya gətirib. Onun rəhbərliyi dövründə transfer olunan və hələ də klubda çıxış edən futbolçular var. Bəs o, necə belə danışa bilər? Hamı bilirdi ki, Harri Keyni transfer etməli idik. Hamı bilir ki, Deklan Raysı da heyətimizə qatmalı idik. Bu, heç kimə sirr deyil. Bunu niyə etmədiyimizi bilmirəm. O, “Mançester Yunayted”də uğur qazana bilmədi. Bəs niyə bu barədə açıq danışmağı zəruri hesab edir? O deyir ki, “Klub məni yarı yolda qoydu”. Bəlkə də, bunda müəyyən həqiqət var, amma özü də kifayət qədər yaxşı deyildi. Daha sonra “Bayer”ə getdi. Bu komanda yenicə Bundesliqanın qalibi olmuşdu, lakin cəmi üç oyun keçməmiş onu vəzifəsindən uzaqlaşdırdılar. Bəlkə, bir az geri çəkilib özünü belə vəziyyətə salmamaq daha yaxşı olardı? Çünki bu cür açıqlamalar mənim kimi insanların onu tənqid etməsinə səbəb olur. Halbuki buna heç bir ehtiyac yoxdur”.

Xatırladaq ki, Ten Haq 2022-24-cü illərdə “Mançester Yunayted”i çalışdırıb. Onun başçılığı altında “qırmızı şeytanlar” İngiltərə Kuboku və Liqa Kubokunu qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right