“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Skoulz Bruno Fernandeşin komandanın “Komo” ilə Çempionlar Liqası matçındakı (1:4) taktikasını tənqid etməsinə münasibət bildirib.
Skoulz portuqaliyalı futbolçunun açıqlamalarını qəbuledilməz hesab etdiyini deyib: “Brunonun ötən həftə söylədikləri, məncə, bağışlanmazdır. Bundan sonra ona kapitan sarğısını necə etibar etmək olar?”
Sabiq futbolçu Fernandeşin Avropa futbolundan ayrılmalı olduğunu da vurğulayıb: “Düşünürəm ki, o, Avropa futbolunu tərk edib Səudiyyə Ərəbistanına getməli və aradan çəkilməlidir. Bundan sonra hər hansı məşqçinin və ya məşqçilər heyətinin ona etibar edəcəyini düşünmürəm”.