Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” Polşa kubokuunda qələbə qazanıb.
Newsport.az xəbər verir ki, komanda 1/16 finalda səfərdə “Motor” (Lublin) ilə qarşılaşıb. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşan matçın penaltilər seriyasında "Rakuv" üstün olub - 3:1. Beləliklə, Çenstoxova təmsilçisi1/8 finala adlayıb.
Mahir Emreli qarşılaşmaya start heyətdə başlayıb və 82-ci dəqiqədə - komandası hesabda 0:1 geridə olarkın Adam Basse ilə əvəzlənib. "Rakuv" bərabərlik qolunu 90+4-cü dəqiqədə vurub.