Mbappenin qolunu qeyd etdiklərinə görə “Kamp Nou”dan çıxarıldılar

Slovakiyalı azarkeş Frantişek Favrik iddia edib ki, o və 18 yaşlı oğlu “Barselona” ilə “Real” arasında keçirilən oyunda Kilian Mbappenin qolunu qeyd etdiklərinə görə “Kamp Nou” stadionunun tribunalarından çıxarılıblar.

Favrik oğluna 18 yaş hədiyyəsi olaraq ilk “El-Klasiko”suna bilet alıb və dörd bilet üçün ümumilikdə 5600 avro ödəyib. Onun sözlərinə görə, stadionun təhlükəsizlik əməkdaşları əvvəlcə “Real”ın forması ilə tribunaya daxil olmağa icazə verməyib, lakin ata və oğul formaları gizlədərək içəri keçib və oyun başlamazdan təxminən 20 dəqiqə əvvəl onları geyiniblər. Favrik bildirib ki, Mbappenin təxminən 40-cı dəqiqədə vurduğu qoldan sonra sevincini qeyd edən ata və oğul təxminən 10 təhlükəsizlik əməkdaşı tərəfindən tribunadan çıxarılıb, daha sonra isə polis onların sənədlərini yoxlayıb. Azarkeş ittihamları rədd edərək hadisənin kamera görüntülərinin və şahid ifadələrinin araşdırılmasını istəyib, sonda isə oğlu ilə birlikdə taksi ilə stadiondan ayrılaraq matçın qalan hissəsini telefondan izləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right