"Dieqo, səni sevirəm" Pele Maradonadan yazdı

Əfsanəvi futbolçu Pele Dieqo Maradonanın ölümündən sonra onun haqda fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 70 yaşlı sabiq  hücumçu öz İnstaqram hesabında bunları yazıb:

“Bu gün ölümündən 7 gün ötür. Çoxları bütün ömrü boyu bizi müqayisə etməyi sevib. Sən dünyanı ovsunlayan dahi idin. Əsl əfsanə, ayağında top olan bir sehirbaz idin. Ancaq hər şeydən əvvəl mənim üçün böyük bir qəlb dostu kimi qalacaqsan. Bu gün başa düşürəm ki, insanlar daha az müqayisə edilsəydi, bir-birlərinə çox heyran olsaydılar, dünya daha yaxşı olardı. Sən müqayisəolunmazsan.

Öz yolunda dürüst idin. Bənzərsiz üslubunla bizə daha çox sevməli olduğumuzu və “səni sevirəm” deməyi öyrətdin. Dünyadan erkən köçməyin bunu sənə deməyimə imkan vermədi. Ona görə də indi söyləyirəm: “Dieqo, səni sevirəm”.

Böyük dostum, hər şey üçün çox sağ ol. Bir gün cənnətdə komanda şəklində birlikdə oynayacağıq. Bu vaxt ilk dəfə qol vurmadan zəfərlə yumruğumu göyə qaldıracağam. Nəhayət, səni yenidən qucaqlaya biləcəyəm”.

Qeyd edək ki, Maradona noyabrın 25-də 60 yaşında ürək tutması səbəbindən dünyasını dəyişib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right