Çexiya II Liqasında X turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) doğma meydanda Praqa "Dukla"na məğlub olub - 0:2.
Fərid də bu görüşün iştirakçısı olub. O, 85-ci dəqiqədə meydana buraxılıb.
10 turdan sonra 18 xala malik "Viktoriya" 3-cü pillədə qərarlaşıb.